Zelenski Baydenin dəvətilə ABŞ-a getdi

Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya ABŞ lideri Cozef Baydenin rəsmi dəvəti ilə bu ölkəyə səfərə gedib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər proqramına əsasən sentyabrın 1-də iki ölkə liderləri təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar.

Bundan əlavə, Zelenski ABŞ-da bir sıra vəzifəli şəxslərlə görüşlər keçirəcək. Yekun olaraq bəzi sənədlərin imzalanması gözlənilir.

Ukrayna Prezidenti Vaşinqtonda görüşlərini başa vurduqdan sonra Kaliforniyaya yola düşəcək, Stenford universitetində çıxış edəcək. O, səfər zamanı “Apple” şirkətinin baş direktoru Tim Kuk və “Space X” şirkətinin rəhbəri İlon Mask da görüşəcək.