Putin 2 gün Paşinyanın zənglərinə cavab verməyib

Ermənistan mətbuatı Putin-Paşinyan münasibətləri ilə bağlı maraqlı məlumat dərc edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan bəzi yerlərdə öz ərazisindən keçən Gorus-Qafan yolunu bağladıqdan sonra Paşinyan Putinə zəng etməyə çalışıb.

“Paşinyan 2 gün ərzində Moskvaya çoxsaylı zənglər etsə də, Putinlə danışa bilməyib. Bununla, Putin Paşinyana heç bir sərhəd məsələləsinin Moskvanın icazəsi olmadan həll edilə bilməyəcəyi mesajını verib”- deyə qəzet yazır.