Rövşən Əkbərovun oğlu məşhur vəkilə hücum etdi

  • By admin
  • 01 Sentyabr 2021 14:48

Azərbaycanın tanınmış vəkillərindən biri olan Elçin Sadıqov hücuma məruz qalıb.

Gununsesi.info-nun xəbərinə görə, Elçin Sadıqova Bakı Hərbi Məhkəməsində hazırda həbsdə olan keçmiş korpus komandiri Rövşən Əkbərovun oğlu hücum edib.

Olayla bağlı vəkil ölkə başçısı İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Onun müraciətini təqdim edirik:

 

Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır.

Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücuç edirlər.

Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm.

Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz.

Günay

Gununsesi.info