
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfər Baş nazir İmran Xanın tapşırığı əsasında baş tutacaq.
Pakistanın XİN rəhbəri yerli jurnalistlərə açıqlamasında deyib ki, İmran Xanın tapşırığı ilə Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək:
“Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik. Əfqanıstan probleminin sülh yolu ilə həll üçün məsləhətləşmələr aparacağıq”.
Lakin nazir Azərbaycana səfərinin dəqiq vaxtını açıqlamayıb.