Ermənistanda zavodda partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb

  • By ilhame
  • 10 Sentyabr 2024 19:00

Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Gununsesi.info