Bu universitetlərlə bağlı da yeni qərarlar verildi

  • By Günel
  • 10 Sentyabr 2024 17:56

Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Qərarlara əsasən, Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Qeyd edək ki, bu gün səhər Baş nazir 4 universitetlə bağlı yeni qərarlar verib.

Gununsesi.info