Qubad İbadoğluna yeni ittiham verildi

Hazırda həbsdə olan ADR Partiyasının lideri, tanınmış iqtisadçı Qubad İbadoğluya yeni ittiham irəli sürülüb.

Gununsesi.info-ya bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə həbsdəki professora cinayət məcəlləsinin 167-3.1-ci maddəsi ilə ( 167-3.1. Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə ittiham elan olunub) ittiham elan edilib.

Gununsesi.info