Kişilər də uşaq dünyaya gətirə biləcək

Bir neçə gün əvvəl Böyük Britaniyada ilk dəfə olaraq uşaqlıq köçürülməsi uğurla həyata keçirilib.

Gununsesi.info “Daily Mail”ə istinadən xəbər verir ki, cərrahlar bir qadına uğurlu şəkildə uşaqlıq köçürüblər. Əməliyyat 17 saat davam edib. Xəstə 34 yaşlı qadın olub. O, yumurtalıqları olan, lakin doğuşdan uşaqlığı olmayan biri kimi bu əməliyyata alınıb. Onun yumurtalıqları süni mayalandırılıb. Daha sonra isə övladları olan bacısı ona donor olub. Bununla da əməliyyat uğurla başa çatıb.

Tibb mütəxəssisləri bildirirlər ki, dünyada hər 5000 qadından biri uşaqlıqsız doğulur və xeyli sayda qadın xərçəng xəstəliyi nəticəsində uşaqlıqdan məhrum olur.

Bu əməliyyat ilk növbədə, uşaq dünyaya gətirmək arzusunda olan minlərlə sonsuz qadına ümid verir. Lakin əməliyyatı icra edən cərrahlardan biri vurğulayıb ki, bu, yaxın gələcəkdə həm də kişilərin doğum edə biləcəyi anlamına gəlir.

 

Gununsesi.info