Pakistanda bombalı hücum oldu – Çoxlu sayda adam öldü

  • By arzu
  • 08 Avqust 2023 11:56

Pakistanda bombalı hücum olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 7 nəfər ölüb

Uzaqdan kontrol edilən bomba ilə törədilən faciə Pakistanın Bəlucistan bölgəsində yaşanıb.

Partlayışdan sonra olay yerinə çoxlu sayda təcili yardım işçiləri gəlib.

Polis yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Hadisə axşam saatlarında yol kənarına yerləşdirilən bombanın mülki avtomobilin keçməsi zamanı partladılması ilə törədilib.

Aralarında Bəlucistan Xalq Partiyasının üzvü İsak Yaqubunda olduğu  7 nəfər can verib.

Yaralılar xəstəxanalara daşınıb. Onların dəqiq sayı hələlik məlum deyil.

Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info