Şəkidə ağır qəza: ölən və yaralananlar var

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gununsesi.info