Gəncədə marşrut avtobusu aşdı - FOTOLAR

Gəncə şəhərində sərnişindaşıyan avtobus aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Aluminium Zavodu adlanan ərazisində baş verib. İlkin məlumata görə, 23 nömrəli avtobus yol kənarındakı xəndəyə yuvarlanıb. Qəza zamanı avtobusda sərnişinlər olsa da xəsarət alan olmayıb.

HTML tutorial

“Dönəcəyi dönürdüm. Avtobusda iki sərnişin var idi, düşmək istədilər. Pulu xırdalamaq istəyəndə gördüm maşın aşır. Sərnişinlər də içərisində olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb”, – deyə sürücü Canpolad Abdullayev bildirib.


Gununsesi.info