Bu ərazilərdə suyun verilişində fasilə olacaq

  • By Günel
  • 16 Sentyabr 2024 10:27

Səngəçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Globalinfo.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Gununsesi.info