Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI: “Ermənistan verdiyi vədlərə əməl etməlidir”

Azərbaycanlı qardaşlarımızın Qarabağda əzmkar və cəsur mübarizəsi ilə əldə edilən qələbəni bir daha təbrik edirik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamasında bildirib.

“Bildirmək istərdim ki, Ermənistan verdiyi vədlərə, xüsusən də Zəngəzur dəhlizinin açılmasına əməl edərsə, onunla əlaqələrimizi mərhələli şəkildə inkişaf etdirməyə hazırıq”, – deyə o qeyd edib.

Səid Əhmədli
Gununsesi.info