
Rusiyada “Vaqner” silahlı qruplaşmasının hərbi üsyan başlatmasından və Rostovu və Voroneji ələ keçirməsindən sonra Moskvaya doğru irəliləməsi paytaxtda bir sıra siyasi qərarların verilməsinə səbəb olub.
Gununsesi.info xəbər verir ki, Rusiya rəhbərliyi Moskvanın giriş-çıxışlarında və strateji yerlərdə xəndəklər qazdırıb.
Bir sıra siyasi mərkəzlər Moskvadan Snkt-Peterburqa köçürülüb.
Yevgeni Priqojinin “Vaqner” silahlı qruplaşması ilə bir neçə şəhəri nəzarətə almasından sonra silahlar, hərbi heyət və zirehli texnika ilə sürətlə Moskvaya doğru irəliləməsi rus siyasi rəhbərliyini təcili addımlar atmağa məcbur edib.
Rus hərbçiləri Kremlin və bir sıra nazirlik binalarının olduğu yerlərdə təhlükəsizlik önləmləri alıb.
Rusiya hakimiyyəti Priqojinin siyasi iqtidarı ələ keçirmə ambisiyasından narahatdır.
Arzu