Veteran statusu ala bilməyən 100-ə yaxın hərbçi Nazirlər Kabinetində olub - VİDEO/FOTOLAR

  • By admin
  • 23 İyun 2023 12:28

44 Günlük Vətən Müharibəsində iştirak edən ancaq veteran adı ala bilməyən 100-ə yaxın hərbçi Nazirlər Kabinetinin qarşısına toplanıb.

Gununsesi.info-nun xəbərinə görə, hərbçilər hökumət rəsmilərindən onların qəbul olunmasını tələb edib.

HTML tutorial

Bu tələbdən sonra  Nazirlər Kabinetinin Müdafiə və Səfərbərlik Şöbəsinin müdiri Anar Məmmədov onları dinləyib.

Hərbçilər bildirib ki, Nazirlər Kabinetinin 216 saylı qərarı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılmış müharibəyə səfərbərlik yolu ilə çağrılmış 100-ə yaxın əsgər və zabitlərə heç bir ad verilmir.

“1941-45-ci illərdə Böyük Vətən Müharibəsi zamanı bu və ya digər formada müharibəyə çağrılmış, hətta aktiv döyüşlərdə iştirak etməmiş şəxslər bizdən üstün tutulur. Nəyə görə bizə ayrı-seçkilik göstərilir? Nəyə görə biz onlardan aşağı tutuluruq? SSRİ-nin ərazi bütövlüyü uğrunda müharibəyə cəlb edilmiş şəxslər müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibəyə cəlb edilmiş şəxslərdən nəyə görə fərqləndirilir?”.

Görüş iştirakçılarının sözlərinə görə, Anar Məmmədov onları dinləyib və günün ikinci yarısı yenidən görüş təyin olunub.

Afət Abbasova

Gununsesi.info