d

“GününSəsi”nin daha bir xəbəri təsdiqini tapdı - İNAM KƏRİMOV FİKRƏT MƏMMƏDOVUN YERİNƏ SEÇİLDİ

2023-cü il iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub.

HTML tutorial

Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

 

Onu da qeyd edək ki, İnam Kərimovun bu posta gətirləcəyi barədə ilk xəbəri ötən həftə Gununsesi.info yazıb. 

 

BUNA DA BAX:

 

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir

İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.

 

Gununsesi.info