
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qulu Məmmədqulu oğlu Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, əməkdar jurnalist olan Qulu Məhərrəmli BDU-da kafedra müdiri vəzifəsində çalışır.
Bu yaxınlarda onun 70 yaşı tamam olub.
Gununsesi.info