ABŞ və Britaniya Gürcüstan daxili işlər nazirini sanksiya siyahısına saldı

  • By Günel
  • 20 Dekabr 2024 19:01

Gununusesi.info xəbər verir ki, “Gürcüstanda seçkilərdən sonra Daxili İşlər Nazirliyinin əsas məmurları jurnalistlərin qəsdən hədəf alınması və zorakılıq işlətmək də daxil, öz xalqına qarşı sərt və qəddar repressiya aparıblar”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında belə deyilib.

DİN-in xüsusi təyinatlılar departamenti rəhbərinin müavini Mirzə Kezevadze də sanksiyalara məruz qalanlar arasındadır. Bu departament etirazları dağıtmaq və nümayişçiləri etirazlardan çəkindirmək üçün qeyri-mütənasib zorakılığa əl atmaqda suçlanır.

“Qomelauri və Kezevadzenin ABŞ-nin yurisdiksiyasında olan aktivləri bloklanıb. Bu onların biznes əməliyyatları aparmasını əngəlləyəcək”, – yenə sözügedən bəyanatdakı sözlərdir.

Gununsesi.info