Əfqanıstanda iki güclü zəlzələ baş verdi

Əfqanıstanın qərbindəki Herat əyalətində 5,5 və 6,2 bal gücündə iki güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki,  ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Heratda zəlzələlər 8 dəqiqəlik fasilə ilə yerli vaxtla saat 11:00 radələrində baş verib.

5,5 və 6,2 bal gücündə zəlzələlərin episentrləri Zinda-Can bölgəsindən 29 və 35 kilometr aralıda yerləşib. Ocaqlar müvafiq olaraq 11,4 və 10 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələlərdən sonra iki zəlzələ baş verib.

Səid Əhmədli
Gununsesi.info