İsraildə sivil itaətsizlik aksiyaları başlayıb

  • By arzu
  • 18 İyul 2023 17:54

İsraildə hökumətə qarşı etirazlar davam edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, meydanları dolduran vətəndaşlar sivil itaətsizliyə başlayıblar. Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarına qarşı olaraq başlayan etirazlar uzun müddətdir ki, davam edir.

HTML tutorial

Etirazlara bir sıra QHT rəsmiləri də qatılıb. Ölkə çapında nümayişçilər bir sıra strateji binaların qarşısında etirazlar keçirir.

Etirazçılar Netanyahunun məhkəmə islahatları düzəlişlərini ləğv etməsini istəyirlər.

Aksiyaçılar arasında radikal sağçı qruplar, müxalifət təmsilçiləri də var.

 

Tərcümə: Arzu

Gununsesi.info