
Əslən Kəlbəcər Rayonundan olan Rəhman Məmişov adlı şəxsi Qəbələdə ilan sancıb.
Yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, zəhərli ilan onu topuğundan sancıb.
Qəbələ Mərkəzi Xəstəxanasına çatdırılan xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulsa da onun həyati təhlükəsi yaranıb. Bu səbəbdən də onu Bakıya çatdırıblar.
Yaxınları Rəhman Məmişova ikinci zərdabın vurulduğunu deyib. Hazırda reanimasiyada yerləşdirilən Məmişovun vəziyyəti stabilləşməyə doğru gedir.
Elmar
Gununsesi.info