
Amerikanın Müdafiə Nazirliyi(Pentaqon) “Vaqner” qruplaşmasının lideri Yevqeni Priqojinin içində olduğu özəl təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadan xəbər verir ki, Pentaqonun sözcüsü Patrik Rider açıqlamasında Priqojinin öldürüldüyünü önə sürüb.
“Təyyarəyə qurudan havaya raketin göndərilməsi ilə bağlı iddiaları təsdiqləyəcək heç bir bilgi yoxdur. Çeşidli faktorlara söykənərək ilk dəyərləndirməmiz Priqojinin öldürülməsi ehtimalıdır”.
Amerikanın Müdafiə Nazirliyinin mətbuat sözcüsü Patrik Rider mətbuat toplantısındakı çıxışında təyyarənin içində bir bombanın olub-olmaması ilə bağlı suala cavab verməkdən çəkinib.
Tərcümə: Arzu