
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bu ölkədə təhsil üçün təqaid şansı qazanan tələbələrlə görüşüb.
Gununsesi.info bildirir ki, bu barədə səfir sosial şəbəkə hesabında yazıb:
“2023/24 akademik ili üçün Böyük Britaniyada təhsil almaq üçün seçilən @CheveningFCDO qalibləri ilə görüşdüm.
Əminəm ki, bu 6 parlaq və intellektual gənc gələcəkdə Azərbaycanın inkişafına töhfə verməklə yanaşı, Britaniya-Azərbaycan əlaqələrinin də, inkişafına dəstək olacaqlar”.
Şəbnəm
Gununsesi.info