
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Sloveniyada “Olimpiya”nı məğlub edən (2:0) “Qarabağ” bu mövsüm turnirdə ilk üç matçını qazanan yeganə komandadır. “Atlılar” bundan əvvəl III təsnifat mərhələsində Finlandiya HİK-inə hər iki oyunda 2:1 hesabı ilə qalib gəlib.
“Qarabağ” eyni zamanda ən çox qol vuran beş komandadan biridir. Qurban Qurbanovun yetirmələri üç görüşdə altı dəfə rəqiblərini məyus edib. Azərbaycan çempionu ən çox zərbə endirənlər arasında üçüncü (39 zərbə), ən çox küncdən zərbədən istifadə edənlər arasında isə ikinci (20) komandadır.
Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı cavab oyununu avqustun 31-də Bakıda keçirəcək.