Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 259 630 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 378 tank, 8 521 zirehli maşın, 5 361 artilleriya sistemi, 724 RYAS (reaktiv yaylım atəşi sistemi), 495 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 356 operativ-taktiki PUA, 1 409 qanadlı raket, 18 gəmi/qayıq, 7 790 avtomobil və sistern, 802 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.