
Pakistanın nəzarətindəki Kəşmir bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub, yaralananlar var. Avtobusda 30-dan çox sərnişinin olduğu bildirilir.
Gununsesi.info Pakistan mətbuatına istinadla xəbər verir ki, sürücünün Pallandri şəhəri yaxınlığında idarəetməni itirməsi nəticəsində avtobus dərəyə düşüb.
Hadisə yerində qəza-xilasetmə briqadası işləyir.
Qəzanın səbəbləri araşdırılır.
Gununsesi.info