
Oktyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 qarşılaşması keçkiriliob.
Gununsesi.info xəbər verir ki, gecənin ən məhsuldar görüşü E qrupunda yer alan Almaniyanın “Bavariya” və “Benfika” komandaların arasında qeydə alınıb. Qarşılaşma Münhen təmsilçilərin 5:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Bavariya” vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.
H qrupunda “Yuventus” İtaliyada Rusiyanın “Zenit” klubunu qəbul edib. Altı qol qeydə alındığı görüşdə “Yuventus” üstün olub – 4:2. İtaliya klubu pley-off mərhələsinə vəsiqə qazanıb.
Dünənki oyunların nəticələrini təqdim edirik:
E qrupu
“Dinamo Kiyev” (Ukrayna) – “Barselona” (İspaniya) – 0:1;
“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:2.
Qrupdakı vəziyyət: “Bavariya”- 12, “Barselona” – 6, “Benfika”- 4, “Dinamo Kiyev” – 1.
F qrupu
“Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) – 2:0;
“Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 2:2.
Qrupdakı vəziyyət: “Mançester Yunayted” – 7, “Vilyarreal” – 7, “Atalanta” – 5, “Yanq Boyz” – 3.
G qrupu
“Volfsburq” (Almaniya) – “Zaltsburq” (Avstriya) – 2:1;
“Sevilya” (İspaniya) – “Lill” (Fransa) – 1:2.
Qrupdakı vəziyyət: “Zaltsburq” – 7, “Lill” – 5, “Volfsburq” – 5, “Sevilya” – 3.
H qrupu
“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə) – 0:1;
“Yuventus” (İtaliya) – “Zenit” (Rusiya) – 4:2.
Qrupdakı vəziyyət: “Yuventus” – 12, “Çelsi” – 9, “Zenit” – 3, “Malmö” – 0.
Qrup mərhələsinin dördüncü turunun digər səkkiz oyunu noyabrın 3-də keçiriləcək.
Gununsesi.info