Leonardo Di Kaprio BMT-nin konfransına qatıldı

  • By admin
  • 02 Noyabr 2021 19:49

Aktyor Leonardo Di Kaprio Qlazqoda keçirilən COP26 İqlim Dəyişikliyi Konfransına qoşulub.

Gununsesi.info  xəbər verir ki, Hollivud aktyoru və ekoloq Leonardo Di Kaprio uzun müddətdir ki, iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verir. O, ətraf mühit təşkilatlarına milyonlarla vəsait bağışlayıb, 2014-cü ildə BMT-nin iqlim dəyişikliyi üzrə nümayəndəsi seçilib və istehsalatda təbii materiallardan istifadə edilməsi təşəbbüslərinə dəstək verir.

Amazonun qurucusu Ceff Bezos və Microsoftun rəhbəri Bill Qeyts, də tədbirə qatılıblar.

Xatırladaq ki, 200-ə yaxın ölkənin iştirak etdiyi konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC – Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Gununsesi.info