Kreml Baydenlə razılaşmadı:  “Unutmayaq ki, Türkiyədə....”

“Tundra həqiqətən yanır, amma unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər ölkələrində də meşələr yanır. Bunlar məhz iqlim dəyişikliyinə görə üzləşdiyimiz nəticələridir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Co Baydenin Rusiyanı ittiham edən sözlərini şərh edərkən deyib.

“Mən əminəm ki, iki prezident arasında məqsədəuyğun növbəti söhbət baş tutanda Putinin Baydenə bu sahədə gördüklərimiz barədə demək üçün gözəl fürsəti olacaq”,- deyə Dmitri Peskov bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiyada tundra meşələrinin yandığını, lakin Vladimir Putinin iqlim dəyişiklikləri ilə bağlı müzakirələrə gəlməməklə buna səssiz qaldığını demişdi.

Gununsesi.info