
“Kim nə səhv edir, ya deyir, şeytan yoldan çıxardı, ya deyirlər kruqu pis idi, ya da zəmanə pisdir. Yəni özündən başqa hamı günahkardır. Uşaqlarınıza düzgün tərbiyə verin, amma yox, necə dəyişəcək ki, beyniniz? Sizi də valideynləriniz elə böyüdüb axı”.
Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O qeyd edib ki, insanlar başqalarını günahlandırmağa öyrəşib:
“Nəysə, hələ düzələ bilmərik. Boş yerə özümü yormayım. Qiymətlərin qalxması xəbərini Oksananın xəbəri üstələdi. Hamı onları müzakirə edəcək bir neçə gün. Təki qeybətə mövzu olsun, qalan hər şey düzələr – Allahın köməkliyi ilə. Bizimkilər uğurunu Allahın ətəyinə, səhvini şeytanın ətəyinə ata-ata dolanırlar, bir də “Bəxt üzüyü”ndəki kimi “İrasim görəsən gecə arvadına nə alıb gətirdi?” dərdini çəkə-çəkə bu həyatı hədərə yaşayırlar”.
Gununsesi.info