
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın koronavirus testi müsbət çıxıb.
Gununsesi.info report-a istinadla xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, noyabrın 1-də nazir COVID-19-la bağlı test verib. Testin nəticəsi müsbət olub. XİN başçısı karantın rejiminə keçib.
S.Xətibzadə bildirib ki, nazir özünü yaxşı hiss edir və karantin rejimində fəaliyyətinin davam etdirir.
Gununsesi.info