
Cənubi Sudanda An-26 təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 5 nəfər həlak olub. Onlardan ikisi Rusiya vətəndaşıdır.
Paytaxt Cubadan qalxan təyyarənin Qondokoro bölgəsində yerə çırpıldığı bildirilib.
İnsidentlə bağlı araşdırma aparılır.
Gununsesi.info