
Nigeriyanın Laqos şəhərində tikilməkdə olan 25 mərtəbəli göydələn çöküb.
Gununsesi.info saytı xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı çoxlu ölən və yaralıların olduğu, 100-ə yaxın insanın isə itkin düşdüyü bildirilib.
Səlahiyyətli şəxslər inşası davam edən binanın çökməsinə dair hələ heç bir açıqlama verməyib.
Ərazidə axtarış-xilasetmə işləri davam etdir. Hadisə şahidləri təxminən 100 nəfərin beton qalıqlar altında qaldığını bildirib.
Gununsesi.info