Moskvada özünü ölü kimi qələmə verərək, münasibətdə olduğu qadından qohumlarının adından pul alan şəxs saxlanılıb.
Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Polisə müraciət edən 33 yaşlı qadın bir müddət öncə 38 yaşlı kişi ilə tanış olduğunu bildirib. Sözügedən şəxs tanışlıqdan sonra qadına ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.
Daha sonra qadın kişinin sosial şəbəkə hesabında onun dünyasını dəyişməsi barədə məlumat görüb. Bundan sonra “ölən şəxsin qohumu” onu şantaj edərək, intim xarakterli fotolarını yayacağını söyləyib və qadından pul tələb edib. Ümumilikdə, qadın şantajçıya 230 min rubl (5 316 manat) pul verib.
Faktla bağlı araşdırma aparan polis qadının sosial şəbəkədə tanış olduğu 38 yaşlı kişini tapıb və “oyun”un üstü açılıb.
Gununsesi.org
COMMENTS