Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

Gununsesi.org-un xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Artur Alekseyeviç Qorodinski Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə axtarışda olub.

Gununsesi.org

COMMENTS