ADNA terrorunda ittiham edilən məhbus aclığa başladı –Gürcüstan vətəndaşı qanunla ölkəsinə təhvil verilməsini istəyir

ADNA terrorunda ittiham edilən məhbus aclığa başladı –

11 il öncə ADNA-da (Azərbaycan Dövlət Neft Akademiyası, yeni adı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilmiş qətllə bağlı həbs edilən Gürcüstan vətəndaşı Nadir Əliyev Qobustan qapalı həbsxanasında aclığa başlayıb.

Bu barədə Gununsesi.org-a adıçəkilən şəxsin Gürcüstanda yaşayan ailə üzvləri bildirib. Onların sözlərinə görə, Nadir Əliyevin aclıq aksiyası başlatmasına səbəb qanunvericiliyin imkan verməsinə baxmayaraq, onun Gürcüstana ekstradisiya edilməməsidir. Bu tələblə məhbus aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, məhkəmə prosesi zamanı bəlli olmuşdur ki, Nadir Əliyevin bu terror aktında hər hansı günahı olmayıb. Belə ki, ADNA-da cinayəti törədən Fərda Qədirov Nadirlə sadəcə, dost olublar. Qətli törətməzdən 1 gün öncə Fərda qonaq kimi Nadirin mənzilində qalıb.

Nadir Əliyev məhkəmədə öz günahsızlığını sübut etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi buna rəğmən onu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi.

Gununsesi.org 

COMMENTS