Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış qapadılır, fövqəladə vəziyyət rejimi uzadılır

Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış qapadılır, fövqəladə vəziyyət rejimi uzadılır

Koronavirusun yayılması riski ilə əlaqədar Gürcüstanın Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi böyük şəhərlərinə giriş-çıxış bağlanır.

Gununsesi.or APA-ya istinadən xəbər verir ki, müvafiq qərar Gürcüstan höküməti tərəfindən qəbul edilib. Məhdudiyyətin 15 aprel saat 21:00-dan etibarən tətbiq ediləcəyi  bildirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib ki, ölkədə koronavirus riskinə görə elan edilmiş fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılır: “Biz fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması üçün Prezidenti ölkə parlamentinə müraciət etməyə çağırırıq”, – deyə Baş Nazir açıqlamasında bildirib.

 Qeyd edək ki, qonşu ölkədə martın 21-də elan edilən fövqəladə vəziyyət aprelin 30-da başa çatmalı idi.

Gununsesi.org 

COMMENTS