Almaniyada futbol çempionatı yenidən başlayır

Almaniyada futbol çempionatı yenidən başlayır

Digər Avropa ölkələri ilə müqayisədə koronavirusla daha effektiv mübarizə aparan Almaniyada futbol çempionatı yenidən başlayacaq.

Gununsesi.org  xəbər verir ki, Bundesliqada yarımçıq qalmış oyunlar may ayının əvvəllərindən etibarən start götürə bilər.

Yerli mətbuatın yazdığına görə, futbolçular hər iki-üç gündən bir koronavirus testindən keçirlər və onların səhhətində heç bir problem aşkarlanmayıb.

Matçların seyrçisiz keçiriləcəyi bildirilir.

Gununsesi.org 

COMMENTS