Şumaxerin daha bir avtomobili satışa çıxarıldı

Şumaxerin daha bir avtomobili satışa çıxarıldı

Dünyanın ən titullu pilotu Mixael Şumaxerin dünya çempionu olduğu “Reynard 903” avtomobili satışa çıxarılıb.

Gununsesi.org Motorsport-total.com-a istinadən xəbər verir ki, pilot 1993-cu ildə məhz bu avtomobillə Almaniyada keçirilən “Formula-3”ün qalibi olub.

Avtomobilin qiyməti açıqlanmasa da, sorğu göndərərək, satış məbləğini öyrənmək mümkündür.

Xatırladaq ki, 2013-cü ilin dekabrında M.Şumaxer dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır zədələr alıb. 2018-ci ildə 50 yaşlı idmançının komadan çıxdığı məlum olub.

Gununsesi.org

COMMENTS