İndoneziya Prezidenti Coko Vidodo koronavirusla mübarizə çərçivəsində hökumətin səlahiyyətlərini genişləndirib və COVID-19 pandemiyasını “milli faciə” elan edib.
Gununsesi.org bildirir ki, xəbəri “Jakarta Post” nəşri dərc edib.
İndoneziyada Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin rəhbəri Doni Monardo bildirib ki, genişləndirilmiş səlahiyyətlər xüsusən miqrasiya, gömrük və maliyyə sahələrində çalışan şəxslərin işini sadələşdirəcək.
Qeyd edək ki, İndoneziya koronavirusla mübarizədə qeyri-adi vasitələrdən istifadə edir. Buna misal olaraq, insanları evdən çıxmaqdan çəkindirmək üçün küçələrdə kəfən geyinmiş, üzləri ağ rəngə boyanmış “ruhlar”ın gəzməsini qeyd etmək olar.
Bu üsul polislərlə könüllülərin işbirliyi nəticəsində həyata keçirilir.
Gununsesi.org
COMMENTS