Avropa Birliyi (AB)2020-ci il büdcəsində qalan bütün pulları koronavirus pandemiyası və onun fəsadları ilə mübarizəyə ayırmaq qərarı verib.
Gununsesi.org-un məlumatına görə, bu barədə Avropa Birliyi Şurası bildirib.
Qeyd olunur ki, AB Şurası 2020-ci il büdcəsini dəyişən iki qərar qəbul edib. Belə ki, dəyişikliklərə əsasən büdcənin xərcləri 3,57 milyard avro artırılaraq 172, milyard avroya, gəlirləri isə 1,6 milyard artırılaraq, 155,2 milyard avroya çatıb.
Xatırladaq ki, bu günədək dünyadan koronavirusa 1,9 milyondan çox şəxs yoluxub, 120 mindən çox xəstə həyatını itirib.
COMMENTS