Emindən həyat yoldaşı ilə bağlı paylaşım - Video

Xalq artisti Emin Ağalarov rusiyalı model həyat yoldaşı Alyona Qavrilova ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, sənətçi xanımı ilə birlikdə kollaj olunmuş fotolarını izləyiciləri ilə bölüşərək onun ad gününün olduğunu vurğulayıb:

“Doğum günün mübarək, məhəbbətim. Bacardığım qədər səni planetin ən xoşbəxt insanı etməyə çalışacağam! Sən möhtəşəmsən”.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların Afina adlı bir qızı var.