
Rusiyanın Xalq artisti İrina Miroşniçenkonun ürəyi dayanıb.
Gununsesi.info xəbər verir ki, təcili yardım aktrisaya ilkin yardım edərək, onu həyata qaytara biliblər.
İlkin müdaxilədən sonra İrinanın ürəyi yenidən döyünməyə başlayıb. Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Portalın məlumatına görə, aktrisa hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qiymətləndirilir.
Belə ki, 81 yaşlı Miroshniçenkonun vəziyyəti iyulun 30-da səhər saatlarında pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona qripin ağır forması diaqnozu qoyulub.
Müayinələrdən sonra sənətçinin beynində yenitörəmə aşkarlanıb.
Gununsesi.info