Günel geyimlərini satışa çıxarıb

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova geyimlərini satışa çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. O bildirib ki, səhnə geyimlərini onlayn satır.

İfaçı geyimlərinin qiymətini yazaraq, onların 3-5 min lirə arası olduğunu qeyd edib.