
Bakının Yasamal rayonu Şərur MTK yaşayış kompleksində intihar hadisəsinin qarşısı alınıb.
Gununsesi.info-nun xəbərinə görə, yüksək mərtəbəli binanın 6-ci mərtəbəsinə çıxaraq intihara cəhd etmək istəyən qadın son anda xilas edilib.
Sakinlər həmin xanımı intihar qərarından daşınması üçün dilə tutub. Bu vaxta qədər isə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları mənzilə daxil olaraq onu zərərsizləşdirib.
Xilasedicilər vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.
Günay
Gununsesi.info