
İstanbulun bələdiyyə başqanı Əhməd Davudoğluna qarşı siyasi məhkəmə qərarı bir zamanlar Rəcəb tayyib Ərdoğanın yaxın silahdaşlarından olmuş Əhməd Davudğlunun da sərt etirazı ilə qarşılanıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu “Saraçhane” mitinqində “Bizim məsələmiz təkcə cənab İmamoğlunun layiq olduğu mövqeyi qorumaq deyil. Bizim məsələmiz İstanbul seçicilərinin iradəsini qorumaq və Türkiyə Cümhuriyyətinin demokratik dəyərlərini qorumaqdır ” deyə məhkəmə hökmünə etiraz edib.
Davudoğlu, həmçinin, çıxışında deyib:
“Sahib olduğunuz mütləq güc sizi aldatmasın, keçmişdə bir çox mütləq güc sahibi aldadılıb. 85 milyon demokratiyasevər adından danışıram, qorxmadıq, qorxmayacağıq. Biz siyasi baxışlarından asılı olmayaraq hər kəsin hüquqlarını qoruyacağıq”.
Tərcümə:
Afət Abbasova