
Daxili İşlər Nazirliyi Goranboy rayonu ərazisində mal-qara oğurluqları ilə məşğul olan şəxsləri həbs edib.
Qeyd edək ki, iki gün əvvəl adıçəkilən rayonda məskunlaşan bir qrup Kəlbəcər köçkünü Gununsesi.info-ya müraciət edərək, bir neçə ailəyə məxsus atların və iribuynuzlu heyvanların oğurluq faktlarının üstünün açılmamasından şikayətlənmişdi.
Onlar həmin ərazidə xidmət aparan Xocalı rayon Polisi Şöbəsini məsuliyyətsizlikdə, cinayətin üstünün açılmasında maraqlı olmamaqda günahlandırıb.
BUNA DA BAX!
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Gununsesi.info-ya açıqlamasında polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən iki nəfərin həbs edildiyini deyib.
O, əməliyyat -istintaq tədbirlərinin davam etdiyini deyib: “Əməliyyat-istintaq tədbirləri davam edir. Digər oğurluq faktlarında iştirakçı olan şəxslərin də kimliyinin müəyyən olunması üçün tədbirlərin davam edir”.
Qeyd edək ki, bir neçə ailəyə məxsus 18 baş at və 80-nə yaxın iri-buynuzlu mal-qara Goranboy rayonu ərazisində oğurlanıb.
Elmar Elnuroğlu
Gununsesi.info