
Şotlandiyada qalada qorunan “Tale daşı” İngiltərə Kralı Çarlzın tacqoyma şənliyində istifadə ediləcək.
Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Tale daşı” Şotland millətçilər tərəfindən oğurlanma təhdidinə qarşı gizli bir hərbi əməliyyatla Londona aparılacaq.
İngiltərə Kraliçası II Yelizavetanın 8 iyul 2022-ci ildə ölməsindən sonra taxta keçən oğlu Çarlz üçün aprelin 6-da tacqoyma şənliyi gerçəkləşdiriləcək. Şotlandiyadakı Edinburq Qalasında qorunan “Tale daşı” (Stone of Scone) da şənlikdə öz yerini alacaq.
“Tac Qoyma Daşı” da deyilən və yüz illərlə tac qoyma şənliklərində böyük önəmə sahib olan və 152 kq. çəkisi olan daş blokun Şotland millətçiləri tərəfindən qaçırıla biləcəyinə dair narahatlıqlar var.
Buna görə də Edinburqdan şənliyin ediləcəyi yerə – Londondakı Vestminister Abbey kilsəsinə daşınması üçün gizli bir hərbi əməliyyat gerçəkləşdiriləcəyi ortaya çıxıb. Daily Mail qəzeti Tale Daşının ordu, polis və Şotland Tarixi Ekologiya qurumunun ortaq əməliyyatı ilə Londonda gətiriləcəyini yazır.
İngilis Kral ələ keçirmişdi
Yüz illərdir, Şotland hökmdarları tərəfindən tacqoyma şənliklərində istifadə edilən daş 1296-cı ildə Şotlandiyanın ingilislər tərəfindən işğalı zamanı İngiltərə Kralı I Eduard tərəfindən ələ keçirilmişdi. “Tale daşı” 700 il boyunca İngiltərə və Şotlandiyanın içində olduğu Böyük Britaniya hökmdarlarının tacqoyma şənliklərində istifadə edildi.
Ancaq 1950-ci ildə 4 şotland tələbə “Tale daşı”nı Vestminister Abbeydən oğurladı. Bir avtomobillə çölə çıxarılan daş 3 ay sonra Şotlandiyadakı Arbroath Abbey monastrında tapıldı.
Monastra geri gətirilən daş dönəmin İngiltərə Baş naziri M. Con tərəfindən qalıcı olaraq sərgilənməsi üçün Şotlandiyada geri verildi. Bu anda Edinburq Qalasında Şotland Kraliyyət Mücəvhərlərinin yanında qorunan daş İngiltərə Kralı Çarlzın tacqoyma şənliyində ənənəvi olaraq taxtın altına yerləşdirilməsi üçün “keçici” olaraq Londona götürüləcək.