Onlar əbədi dostluq haqqında bəyannamə imzaladı

  • By Admin2
  • 31 Mart 2025 16:42

Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistanın lideri Şövkət Mirziyayev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.

Bildirilib ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.

Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.

Gununsesi.info