16 yaşdan kiçik uşaqlara smartfonların istifadəsinə qadağa qoyula bilər

İngiltərədə uşaqlarda smartfondan istifadə parlamentin gündəmindədir. Böyük Britaniyada deputatlar növbəti hökuməti 16 yaşdan kiçik uşaqlar üçün smartfon qadağası və məktəblərdə mobil telefondan istifadəyə qanuni qadağa qoymağa çağırıblar.

Gununsesi.info xəbər verir ki, İcmalar Palatasının Təhsil Komitəsi sosial media hesabı açma yaşının 16-ya qaldırılmasını tövsiyə edib.

Bildirilib ki, həddindən artıq ekran və smartfon istifadəsinin uşaqlar və gənclər üçün mənfi təsir göstərir.

Komitənin sədri Robin Uoker onlayn dünyanın ciddi təhlükələr yaratdığını və valideynlərin daha çox dəstəyə ehtiyacı olduğunu deyib.

Hesabatda 16 yaşdan kiçik uşaqlar üçün smartfon qadağası, tətbiq mağazalarında uyğun olmayan məzmuna girişin qarşısını almaq üçün defolt valideyn nəzarəti və nəzarət kimi tövsiyələr təklif edilib.

Həmçinin bildirilib ki, məktəblərdə mobil telefondan istifadənin qanuni şəkildə qadağan edilməsinə baxılmalıdır.

Hesabatda sosial media platformalarına giriş üçün hazırkı 13 yaş həddinin 16-ya yüksəldilməsi lazım olduğu bildirilib.

 

 

 

İlhamə

Gununsesi.info